DÜNYA ÖZ XƏBƏR

Hindistanda müsəlman şagirdə qarşı zorakılığın olduğu məktəb bağlanıb

İnternetdə Hindistanın Uttar Pradeş ştatında müəllimin 7 yaşlı müsəlman şagirdi alçaltması və sinif yoldaşlarına sillə vurdurması görüntülərinin yayılmasından sonra ölkə məhkəməsində istintaq başladılıb.

32gun.az-ın "İndia Today"ə istinadən verdiyi xəbərə görə Hindistan Təhsil Nazirliyi sözügedən məktəbin "ləğv ediləcəyini" və istintaq bitənə qədər bağlı qalacağını açıqlayıb.

Məktəblə bağlı "Təhsil Nazirliyinin tələblərinə uyğun gəlmədiyi" əsası ilə araşdırma başlanılıb.

Bildirilib ki, bağlanan məktəbin şagirdləri dövlət məktəblərinə və ya yaxınlıqdakı digər məktəblərə köçürüləcək.

Aysel Şirinova

 

Oxşar Xəbərlər