Məşhur müğənni Sərdar Ortaçın keçmiş həyat yoldaşı ilk dəfə boşanma səbəbindən danışıb.
32gun.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə youtube üzərindən yayımlanan "Konuşa-Konuşa" verilişinin qonağı Chloe Loughnan gündəmi zəbt edəcək açıqlamalar verib.
Sərdarla klip çəkilişi zamanı tanış olduqlarını deyən model çətin evlilik yaşadığını dilə gətirib: "Keçmiş ərim qumar oynamağı məndən çox sevirdi. İlk günlərimiz çox çətin keçdi. Bəzən səhər oyanırdım, ərim qumar oynamağa Kiprə getmişdi. Qızıllarımı satıb qumara xərcləyirdi. O vaxtlar mən həmişə ailəmin yanına qayıdırdım, insanlar məni qınayırdılar. Heç kim bu barədə düşünməyib, “bəlkə bir səbəbi var” deməyib. Ailəmə dedim. Anam mənim ən yaxın dostumdur, Türkiyəyə gələndə bunu görüb. Çox riskli həyat idi, uşaq dünyaya gətirsəm nə yaşayacağımızı bilmirdim, ona görə də övladım olmadı".
Boşanma qərarına birdən-birə gəlmədiyini deyən model başına gələn bədbəxt hadisəni də xatırlayıb: "Çox səbirli idim. Mayamidə çox pis qəza keçirdim, sonra tək qaldım. Keçmiş həyat yoldaşım xəstə olduqda həmişə yanında olmuşam, amma o çətin günlərimdə yanımda olmayıb. Evlilik belə deyil. O zaman qərar verdim ki, belə olmayacaq, xoşbəxt olmaq istədim və boşanmaq qərarına gəldim".
Aysel Şirinova

