Hatayın Samandağ rayonunda hakim olan güclü yağış zamanı zəlzələdə ziyan görən 2 mərtəbəli bina uçub.
32gun.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Binanın çökmə anı mobil telefon kameraları ilə lentə alınıb. Vətəndaşların çağırışı ilə əraziyə AFAD, xilasetmə və polis qrupları cəlb edilib.
Səlahiyyətlilər vətəndaşlara ciddi ziyan dəymiş binalardan uzaq durmaq barədə xəbərdarlıq edib.
Aysel Şirinova

