İraqın paytaxtı Bağdadda bomba yüklü avtomobili işə salaraq 300-dən çox insanın ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olan hücumda təqsirkar üç nəfər edam edilib.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, hücuma görə məsuliyyəti radikal islamçı terror təşkilatı İŞİD öz üzərinə götürüb. İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin ofisi bəyan edib ki, edamlar bazar və bazar ertəsi həyata keçirilib.
Edam edilənlərin adları açıqlanmayıb.
Hökumətin məlumatına görə, edam edilənlər arasında hücumun rəhbəri kimi təsvir edilən Qəzvan əz-Zəvbai də var.
Qeyd edək k, İŞİD 2017-ci ildə nəzarət etdiyi bütün əraziləri itirsə də, hələ də bölgədə hücumlar həyata keçirir.
Aysel Şirinova