Çində dövlət rəsmisinin qərarına görə yeni ailə quran ər-arvadın yaşı 25 və ya daha azdırsa, cütlüklərə pul mükafatları veriləcək.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qərara görə, ölkənin şərqindəki Çanşanda şərtləri yerinə yetirən cütlüklərə 1000 Yuan (təxminən 3652 TL) pul mükafatı təqdim olunacaq.
Reuters-in məlumatına görə, keçən həftə dövlət rəsmisi WeChat hesabında dərc edilən açıqlamada, pul mükafatının "yaşa uyğun evlilik və uşaq dünyaya gətirməyə" təşviq etmək məqsədi daşıdığı bildirilib. Eyni qərara əsasən, uşaq sahibi olan cütlüklərə bir sıra uşaq baxımı, təhsil dəstəyinin göstərilməsi qərara alınıb.
Qeyd edək ki, Çində rəsmi nikah yaşı kişilər üçün 22, qadınlar üçün isə 20-dir. Bununla belə, ölkədə evlənən cütlüklərin sayı getdikcə azalır.
Aysel Şirinova