Ukrayna ordusu Avropa İttifaqının (Aİ) təşkil etdiyi hərbi təlim proqramı çərçivəsində Almaniyaya 71 yaşlı əsgərini göndərib.
32gun.az xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb. Məlumata əsasən şəxsiyyəti açıqlanmayan əsgərin Saksoniya əyalətinin Klietz bölgəsində təlim keçdiyi deyilib.
Bildirilib ki, əsgər Rusiyanın ötən il fevralın 24-də başladığı müharibədən sonra könüllü olaraq ordu sıralarına qoşulub.
Qeyd edək ki, Aİ Ukrayna əsgərlərinin təlimi üçün 107 milyon avro ayırıb.
Aysel Şirinova