Almaniyada Rusiyaya dron hissələri satmaqda ittiham olunan Valdemar V. həbs edilib.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Federal Prokurorluqdan verilən açıqlamada, Valdemar W-nin Almaniyanın qərbindəki şirkəti vasitəsilə 2020-ci ilin yanvarından 2023-cü ilin martına qədər Rusiyada hərbi texnika və aksesuarlar istehsal edən bir şirkətə 26 dəfə cəmi 715 min avro dəyərində hərbi elektron hissə satdığı bildirilib.
Açıqlamada Valdemar-nin elektron hissələrin beynəlxalq ticarəti üzrə iki şirkətin baş meneceri olduğu və satdığı hissələrin Rusiya silahlı qüvvələrinin Ukraynada uçurduğu “Orlan 10” pilotsuz uçuş aparatında istifadə edildiyi bildirilib.
Həbs edilən şəxsin embarqonu pozmaq üçün əvvəlcə xaricdən Almaniyaya elektron hissələri idxal etdiyi, daha sonra bu hissələri Rusiyadakı iki ön şirkətə təhvil verdiyi deyilib.
Aysel Şirinova