DÜNYA ÖZ XƏBƏR

Daha bir virus: “Legioner xəstəliyi” can almağa davam edir

 

Polşada kondisioner, hovuz və havalandırma sistemlərindən keçən və yuxarı tənəffüs yollarını təsir edən legioner xəstəliyi yayılmaqda davam edir.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, Jeşuv şəhərində müxtəlif şikayətlərlə xəstəxanaya müraciət edən və legioner xəstəliyi diaqnozu qoyulanların sayı 150-yə çatdığı halda, xəstəlik səbəbindən həyatını itirənlərin sayı 14-ə yüksəlib. 
Jeşuv şəhərində epidemiyanın aşkarlanmasından sonra başladılan təhqiqat haqqında danışan Polşa Xüsusi Xidmətlər Koordinatorunun müavini Stanislav Zaryn "Sabotajla üzləşdiyimiz barədə heç bir məlumat aşkar etməmişik" deyib. 
Polşa Daxili Təhlükəsizlik Təşkilatından (ABW) edilən açıqlamada, legionella bakteriyasının ilk dəfə göründüyü Jeşuv şəhərinin Polşanın Ukrayna ilə sərhədində yerləşdiyi, silah daşımaları, humanitar yardım kimi bir çox yardımın edildiyi bildirilib. Yardım materialları bu şəhər vasitəsilə Ukraynaya göndərilib, burada təxribat törədilməsi faktı ilə bağlı araşdırmalara başlanıldığı qeyd edilib.

Legioner xəstəliyi nədir? 
Legioner xəstəliyi Legionella pneumophila bakteriyasının yaratdığı ciddi ağciyər xəstəliyidir.

Bakteriyaya məruz qalan insanların əksəriyyəti xəstəliyə tutulmasa da, 50 yaşdan yuxarı insanlar, xroniki ağciyər xəstəliyi, böyrək və ya qaraciyər çatışmazlığı olanlar, xərçəng xəstələri, immun sistemi zəif olanlar, şəkərli diabet xəstələri və siqaret çəkənlər xəstəliyə daha çox yoluxurlar.

Kondisioner, isti vanna və ventilyasiya sistemləri kimi tənəffüs sistemləri ilə yoluxan xəstəlik antibiotiklərlə müalicə edilə bildiyi halda, risk qrupunda olan xəstələrin 10%-i dünyasını dəyişir.

Ayxan

Oxşar Xəbərlər