ABŞ prezidenti Co Bayden 17 il sonra paytaxt Vaşinqtonda Kosta-Rika prezidenti Rodriqo Çaves ilə görüşüb.
32gun.az xəbər verir ki, Kosta Rika prezidenti Çaves iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsinə görə təşəkkür edib və mütəşəkkil cinayətkarlıqla mübarizədə Baydendən dəstək istəyib. Bundan başqa, iki liderin regional təhlükəsizlik və iqtisadi məsələləri, xüsusilə qeyri-qanuni miqrantlar məsələsini müzakirə etdiyi qeyd edilib.
Qeyd edək ki, Mərkəzi Amerika ölkəsi olan Kosta Rika prezidenti sonuncu dəfə 2006-cı ildə Corc Buş administrasiyası dövründə Ağ Evdə qonaq olub.
Aysel Şirinova