DÜNYA ÖZ XƏBƏR

Dövləti qorudu - 69 milyon dollar qazandı

Keçmiş Amerika əsgəri, 39 yaşlı Sarah Feinberg ABŞ hökuməti adından açdığı məhkəmə iddiasında 69 milyon dollar qazanıb.

32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə qadın işlədiyi şirkətin Səudiyyə Ərəbistanı kimi xarici hökumətlərlə konsaltinq müqavilələri də daxil olmaqla biznesdəki itkiləri ödəmək üçün ABŞ hökumətindən ildə əlavə 100 milyon dollar tələb etdiyini aşkar edib. Firmanın kommersiya və beynəlxalq müqavilələrdə hesab-fakturada göstərilməli olan xərcləri dövlət müqavilələrinə uyğun olmayan şəkildə hesabladığı məlum olub.

Daha sonra Sara Faynberq məhkəməyə müraciət edib. Şirkət iddiadan yayınmaq üçün məhkəməyə 377 milyon dollar (10 milyard lirə) ödəməyə razılaşıb. Qüvvədə olan, lakin ABŞ-da az bilinən qanuna görə bir şəxs dövlət adından məhkəməyə müraciət edərsə, qazandığı təzminatın 15-30 faizini mükafat olaraq alır. 

Nəticədə məhkəmə, qanun çərçivəsində 3 uşaq anası Sarah Feinbergə 69 milyon dollar (1,8 milyard lirə) verilməsinə qərar verib.

Aysel Şirinova

Oxşar Xəbərlər