Rusiyanın Krasnodar diyarının Gelençik şəhərində dağlıq ərazidə başlayan meşə yanğınında təqsirli bilinən 1 nəfər tutulub.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məluma yayıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, meşə yanğınına 40 yaşlı yerli sakinin bağçaya çıxardığı elektrik kabelləri səbəb olub. Bildirilib ki, alov əvvəlcə 1,5 hektar əraziyə yayılıb və güclü küləyin təsiri ilə daha da böyüyüb.
Yanğını söndürmək üçün əraziyə 440-dan çox canlı qüvvə, Be-200 yanğınsöndürən təyyarəsi, Mİ-8 yanğınsöndürmə helikopteri də daxil olmaqla 70-dən çox yanğınsöndürmə maşını ilə müdaxilə edildiyi bildirilib.
Meşə yanğınında indiyədək 118 hektar ərazi kül olduğu deyilib.
Aysel Şirinova