ABŞ-da İŞİD-lə əlaqəli 10-dan çox Özbək mühacirinin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi FTB-ni hərəkətə keçməyə məcbur edib.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə ABŞ rəsmiləri məsələyə çox ciddi yanaşıldığını və kəşfiyyat hesabatının Co Bayden administrasiyasının yüksək səviyyəli şəxslərinə təqdim edildiyini bildirib.
Mühacirlərin bir neçə ay əvvəl ABŞ-a daxil olduqdan sonra ölkənin müxtəlif bölgələrinə dağıldıqları və FTB-nin bu şəxslərin tapılaraq şəxsiyyətlərinin müəyyən edilməsi üçün çalışdığı deyilib.
Aysel Şirinova