Qabonda dövlət çevrilişi liderləri tərəfindən ev dustaqlığında saxlanılan Əli Bonqo Ondimba dünyadan kömək istəyib.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə Bonqo iqamətgahından çəkdiyi və sosial şəbəkədə paylaşdığı video mesajla dostlarını və dünyanı "nəsə etməyə" çağırıb:
"Bu adamlar məni saxladı. Oğlum bir yerdə saxlanılır, həyat yoldaşım yanımda deyil. Mən də öz iqamətgahımdayam, amma nə baş verdiyini bilmirəm. Dostlarımıza, dünyaya deyirəm ki, bir şey edin. Səsinizi çıxarın. Təşəkkür edirəm", deyib.
Aysel Şirinova