DÜNYA ÖZ XƏBƏR

"Qalatasaray"ın futbolçusu komandadan ayrıldı

"Qalatasaray"ın futbolçusu Berkan Kutlu komandadan ayrılıb.

32gun.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi İtaliya komandası "Cenoa"ya transfer olacaq. Berkan Kutlu bu gün İtaliyada tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Komanda İstanbul təmsilçisinə 3.5 milyon avroluq rəsmi təklif göndərib.

Qeyd edək ki, 2021-ci ildə 4 milyon avroluq transferlə “Alanyaspor”dan “Qalatasaray”a keçən Berkan Kutlu sarı-qırmızılı forma ilə 84 matça çıxıb. Futbolçu bu matçlarda 1 qol vurub, 5 məhsuldar ötürmə edib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər