Anbar kimi istifadə edilən 2 mərtəbəli evdə baş verən yanğında 15 nəfər ölüb, 3 nəfər yaralanıb.
32gun.az xəbər verir ki, hadisə Filippində baş verib.
Yerli mətbuatın məlumatına görə ölkədəki təbii fəlakətlər səbəbilə yanğınsöndürmə qrupları 14 dəqiqə gecikib. Hadisə zamanı təşviş içində ikinci mərtəbədən tullanan 3 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.
Yanğının səbəbi hələlik məlum deyil.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Aysel Şirinova