DÜNYA ÖZ XƏBƏR

"Fənərbaxça"nın hücumçusu komandadan ayrılır

"Fənərbaxça"nın belçikalı hücumçusu Michy Batshuayi bu axşam komanda ilə son oyuna çıxa bilər.

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçunun matçdan sonra İngiltərəyə gedərək "Nottingem Forest"lə müqavilə imzalayacağı gözlənilir.

"Fənərbaxça" "Nottingha Forest" ilə Michy Batshuayi 6,5 milyon avroya transferi üçün anlaşıb.

Qeyd edək ki, təcrübəli hücumçu daha əvvəl İngiltərənin "Çelsi" və "Kristal Pelas"da çıxış edib.

Batshuayi "Fənərbaxça"da 38 matçda meydana çıxıb. 29 yaşlı futbolçu bu matçlarda 22 qol vurub, 3 məhsuldar ötürmə edib.

Aysel Şirinova

Oxşar Xəbərlər