Nyu-York Baş Prokurorluğu Trampın sərvətini 2,2 milyard dollara qədər çox göstərdiyini iddia edib.
32gun.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Məlumata əsasən prokurorlar, Nyu York Ali Məhkəməsinə təqdim etdikləri sənədlərdə Trampın sərvətini hər il olması lazım olandan 812 milyon dollardan 2,2 milyard dollara çox açıqladığını bildiriblər.
Trampın bizneslə əlaqəli əməliyyatlar keçirməsi üçün sərvətini "yalan və ya aldadıcı" şəkildə təqdim etməsi deyilib.
Qeyd edək ki, eks-prezidentin vəkili ittihamlara cavab verməyib, prokurorların fəaliyyətini isə “cadugər ovu” kimi qiymətləndirib.
Aysel Şirinova