Malayziya, İndoneziya və Filippin Çinin mübahisəli ərazilərə sahib olduğunu iddia edərək, yeni xəritəyə reaksiya verib.
32gun.az xəbər verir ki, Çin Təbii Sərvətlər Nazirliyinin avqustun 28-də açıqladığı xəritədə Malayziya, Vyetnam, Filippin və Bruneyin iddia etdiyi mübahisəli ərazilərlə birlikdə Hindistanın Cənubi Çin dənizindəki ərazisinin bir hissəsinin də Çinin ərazisinə aid edildiyi görünüb.
Məlumata görə Malayziyanın xarici işlər naziri Zambri Əbdül Kadir Cənubi Çin dənizi və Malayziyanın Sabah və Saravak əyalətlərinin dəniz əraziləri ilə bağlı iddialarına görə Çinə etiraz notası göndəriləcəyini açıqlayıb.
İndoneziya Xarici İşlər Nazirliyinin sözçüsü Teuku Faizasyah isə Çinlə əlaqə saxladıqlarını və məsələni ölkəsinin Pekin səfirliyi vasitəsilə müzakirə edəcəklərini bildirib.
Aysel Şirinova