SOSIAL
Türkiyə Azərbaycan sərhəddində bəbir GÖRÜNTÜLƏNDİ (FOTO)
Türkiyənin İğdır şəhərində nəsli kəsilməkdə olan bəbir görüntülənib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bəbir bir neçə ay bundan əvvəldə görülüb. Bəbirin görüntüləri sərhəddə yerləşən polis bölməsinin təhlükəsizlik kameralarına yansılanıb. Görüntüləri İğdırın bələdiyyə sədri Mustafa Güzelkaya sosial şəbəkə hesabında paylaşıb.
Nəsli kəsilməkdə olan bəbir Gürcüstan və İranda mütəmadi olaraq görülür. Heyvan həmin ərazilərdən Azərbaycan, Naxçıvan, Ermənistan istiqamətinə keçib və Türkiyədə görülüb.
Nurlan Şiraliyev