DÜNYA ÖZ XƏBƏR

İran və Suriya ABŞ-a xəbərdarlıq etdi

Suriyanın xarici işlər naziri Faysal Mikdad və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ABŞ-ın Suriya-İraq sərhəddində hərbi baza qurması ilə bağlı xəbərdarlıq ediblər.

32gun.az xəbər verir ki, bu barədə nazirlər Suriyanın paytaxtı Dəməşqdə keçirilən mətbuat konfransında çıxış zamanı bildiriblər.

Həmkarlar ABŞ-ın Suriyanın şimal-şərqindəki Həsəkə əyalətindən Əl-Qərb bölgəsinə qədər uzanan Suriya-İraq sərhədində öz qüvvələrini və müttəfiq üsyançı qruplarını qurmaq səylərindən narahat olduqlarını vurğulayıblar.

Abdullahiyan da Mikdadın narahatlığı ilə razılaşaraq ABŞ-a bölgəyə ziyan vurmağı dayandırmağı tövsiyə edib.
“Biz Amerika əsgərlərinə vətənlərinə qayıtmağı, Amerika liderlərinə isə bölgəni tərk edib öz işləri ilə məşğul olmalarını tövsiyə edirik”, - İranlı nazir bildirib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər