Almaniya kansleri Olaf Scholz üzündən yara aldığı fotosunu sosial media hesabında paylaşıb.
32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, kanslerin qaçış zamanı yıxıldığı məlum olub.
Scholz-un "X" sosial media platformasındakı paylaşımında sağ gözündə göz qapanma yamağı və üzündə çapıqlar olduğu görünüb.
Scholz, "Şərhləri görməyi səbirsizliklə gözləyirəm. Xoş arzularınız üçün təşəkkürlər, lakin olduğundan daha pis görünür",- deyə paylaşımında qeyd edib.
Hökumət sözçüsü Steffen Hebestreit Berlində verdiyi açıqlamada Scholzun səhhətinin yaxşı olduğunu və normal iş qrafikinə davam edəcəyini bildirib.
Aysel Şirinova
