Türk-İslam Mədəniyyəti və Sosial Yardımlaşma Birliyinin nəzdində fəaliyyət göstərən məscidin girişində dünən axşam saatlarında donuz başı tapılıb.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə məscid Avstriyanın Graz şəhərində fəaliyyət göstərir.
Avstriyada yaşayan müsəlmanları təmsil edən Avstriya İslam İcmasının sədri Ümit Vural məscidə edilən hücumu yaxından izlədiklərini və səlahiyyətlilərlə əlaqə saxladıqlarını bildirib.
Vural, "Təəssüflər olsun ki, Qrazda bir neçə ildir məscidlərimizə hücum edilir. Bu, çox ciddiyə alınmalı bir məsələdir. Mənfur hücumu qınayırıq",- deyib.
Mövzu ilə bağlı Konstitusiya Mühafizə Birliyinin təhqiqat başlatdığı barədə məlumatı paylaşan Vural, hadisəni həyata keçirənlərin ən qısa zamanda tapılacaqlarnı ümid etdiklərini dilə gətirib.
Qeyd edək ki, sözügedən məsciddə bənzər hadisə 2016-cı ildə də baş verib.
Aysel Şirinova
