Hindistanın Odişa ştatında güclü yağışlardan sonra ildırım çaxması nəticəsində 10 nəfər ölüb.
32gun.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.
Məlumata əsasən bildirilib ki, ölkənin Xurda rayonunda ildırım vurması nəticəsində 3 nəfər xəsarət alıb.
Hindistan Meteorologiya İdarəsinin verdiyi açıqlamada yaxın 4 gün ərzində ştatın müxtəlif bölgələrində oxşar hadisələrin gözlənildiyi deyilib.
Mövcud hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
Aysel Şirinova