İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi şəhəri olan Təbrizdə baş verən sel fəlakəti 101 kəndə ziyan vurub.
32gun.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumat yayıb.
Məlumata görə, Şərqi Azərbaycan Böhran İdarəetmə İdarəsinin prezidenti Məhəmməd Bakir Hünərber sel fəlakətinin miqyası barədə açıqlama verib. Hünərber,Təbrizin Eher, Keliber, Hodaafərin, Horand və Verzigan bölgələrində 101 kənd sel səbəbiylə maddi zərər gördüyünü deyib.
Bildirilib ki, sel nəticəsində 48 ev və 60 minik avtomobili tamamilə yararsız hala düşüb, kənd təsərrüfatı sahələri də su altında qalıb.
Aysel Şirinova