Alman turist Florensiyanın ən məşhur fəvvarələrindən birinə dırmaşaraq ciddi maddi ziyan vurub.
32gun.az xəbər verir ki, şəhər hökumətinin məlumatına görə, 22 yaşlı gənc İtaliyanın incəsənət metropolunda şəkil çəkdirmək üçün bazar ertəsi gecə Neptun fəvvarəsinə çıxıb.
Alman turistin 16-cı əsrdən qalan tarixi fəvvarəyə 5.000 avro dəyərində zərər vurduğu məlum olub.
Hadisə anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən izlənilib. Turistin kimliyi məlum olub.
Aysel Şirinova
