İranda ən çox ziyarət edilən internet xəbər saytlarından biri “entekhab.ir” bağlanıb.
32gun.az xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb.
Məlumata əsasən bağlanma qərarını dünən iclas keçirən İslami İrşad və Mədəniyyət Nazirliyinin Mətbuat Nəzarət Şurası verib.
Bildirilib ki, sayt “İranın xarici siyasəti niyə bu qədər zəifləyib?” başlıqlı video paylaşıb.
Paylaşımdan sonra xəbər saytı Mətbuat Qanunu və Ali Milli Təhlükəsizlik Şurasının qərarlarına zidd olaraq video yayımladığı əsas gətirilərək bağlanıb.
Aysel Şirinova