Yaponiyada 36 nəfərin öldüyü Kyoto Animation (KyoAni) studiyasının yandırılmasına görə mühakimə olunan 45 yaşlı Aoba Şinji günahını etiraf edib.
32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə həbs edilən Aobanın məhkəməsinin ilk iclası keçirilib. Üz maskası taxan və əlil arabasında oturan Aoba “qətl” və “yandırma” da daxil olmaqla ittihamları boynuna alıb.
Aobanın 2024-cü il yanvarın sonunda mühakimə olunacağı gözlənilir.
Prokurorların Aobaya qarşı ölüm cəzası tələb etdiyi bildirilib.
Aysel Şirinova