DÜNYA ÖZ XƏBƏR

Böyük Çin səddində yol qazdılar - SAXLANILDILAR

Böyük Çin səddinə qısa yol qazan iki nəfər saxlanılıb.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə şübhəlilər Şansi əyalətində Ming dövrünə aid hissədə kürəklə deşiklər açdıqlarını etiraf ediblər.

Məlum olub ki, onlar yerli səyahət vaxtını azaltmaq üçün divardan qısa yol kəsmək qərarına gəliblər.

Şansi əyaləti polisi Çin imperatorları tərəfindən tikilmiş nəhəng tikilinin qalıqları olan divarın bir hissəsində qısa yol qazmaq üçün istifadə edilən maşınların izlərini tapıb.

Hadisə ilə bağlı istintaq aparılır.

Aysel Şirinova

 

Oxşar Xəbərlər