Keçən il vəfat edən İngiltərə kraliçası II Elizabetin xatirəsinə nəhəng sikkə hazırlanıb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Kraliçanın ölümünün ildönümündən əvvəl dövriyyəyə buraxılan sikkənin 3,6 kiloqram 24 əyar qızıl və 6426 ədəd brilyantdan ibarət olduğu deyilib.
Dizayner şirkət qanuni olaraq pul sayılmayan “sənət əsəri” adlandırdıqları sikkəni 23 milyon dollar dəyərində qiymətləndirib.
Sikkənin istehsalına İngiltərə, Hindistan, Sinqapur, Almaniya və Şri-Lankadan olan dizaynerlərin də töhfə verdiyi bildirilib.
Qeyd edək ki, dünyanın ən uzun müddət hakimiyyətdə olan monarxlarından biri. Elizabet 8 sentyabr 2022-ci ildə 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib.
Aysel Şirinova

