Sakaryada dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Sakarya Universitetində tələbə olan 20 yaşlı Nazlı Ece Akildən xəbər ala bilməyən dostları onun yaşadığı evə gediblər. Qapı açılmadığı üçün pəncərədən içəri daxil olan dostları Akili yerdə hərəkətsiz vəziyyətdə tapıblar.
Xəbərdarlıq üzərinə hadisə yerinə səhiyyə və polis əməkdaşları sövq edilib.
Hadisə yerinə gələn səhiyyə əməkdaşları Nazlı Ece Akili öldüyü müəyyən edib.
Cəsəd aparılan araşdırmalardan sonra dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün Sakarya Təhsil və Araşdırma Xəstəxanası Korucuk Kampüsü Yarılma Mərkəzinə aparılıb.
Polis universitet tələbəsinin ölümü ilə bağlı araşdırmalara başlayıb.
Ayxan
