Ankarada dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, bir kişi Əvvəlcə qətl törədib, sonra intihar edib. Lütfü T (68), mübahisə etdiyi qonşusu İbrahim Bartana (73), daha sonra isə ov tüfəngi ilə həyat yoldaşı Nazik Bartana (68) atəş açıb. Daha sonra öz bağına gedən Lütfü T. eyni silahla intihar edib.
Qonşuların uzun müddətdir bir-biri ilə düşmənçilik etdiyi bildirilib.
Hadisə yerinə çox sayda polis və səhiyyə əməkdaşalrı sövq edilib. Polis məhəllədə geniş təhlükəsizlik tədbirləri alıb.
Səhiyyə işçilərinin yoxlamaları zamanı Bartan cütlüyü və Lütfü T-nin həyatını itirdiyi müəyyən edilib.
Halil Şıvgın Çubuk Dövlət Xəstəxanasının meyitxanasına aparılan cütlüyün cənazəsi daha sonra Ankara Ədli Tibb Qurumuna göndərilib.
Lütfü T-nin cəsədi Pursaklar Dövlət Xəstəxanası meyitxanasına aparılıb.
Ayxan