Çin höküməti dövlət qurumlarında Apple şirkətinin istehsalı "iPhone" və digər xarici brend cihazlarından biznes məqsədilə istifadə etməyi və bu cihazları ofisə gətirməyi qadağan edib.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata əsasən hesabatda Apple-dan başqa digər telefon istehsalçılarının adları yer almayıb.
Qadağa qərarı Apple-ın gələn həftə iPhone-ların yeni modellərinin təqdim ediləcəyi tədbirdən əvvəl qəbul edilib.
Bildirilib ki, qərar ABŞ və Çin arasında gərginliyin artması səbəbindən Çində fəaliyyət göstərən xarici şirkətləri narahat edə bilər.
Aysel Şirinova