Yunanıstanın Pirey limanından Herakliona gedən bərəyə son anda çatan sərnişin ekipaj tərəfindən dənizə atılıb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən Pirey limanında baş verən hadisədə ekipajın dənizə itələdiyi 36 yaşlı kişi həyatını itirib.
Təhlükəsizlik kamerasına əks olunan görüntülərdə hadisə zamanı əməkdaşların heç nə etmədiyi və dənizə düşən şəxsi izlədiyi görünüb.
Heyət və gəmi kapitanı saxlanılıb.
Aysel Şirinova