Türkiyənin Malatya ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
32gun.az xəbər verir ki, avtomobil təxminən 6 metr yüksəklikdəki dərəyə aşıb. Hadisə yerinə xilasetmə qrupları və Təcili Tibbi yardım briqadası cəlb olunub.
Avtomobildə olan 2 uşaq və onların valideynlərinin həyatlarını xilas etmək mümkün olmayıb.
Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.
Aysel Şirinova
