Türkiyənin Silivri Dövlət Xəstəxanasında ötən gün xəstələrin yaxınları tibb bacısına hücum edib. Hücum edənlər tibb bacısının saçını yolublar.
32gun.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə hadisədən sonra digər tibb bacıları sosial mediada aksiya başladıb.
Onlar saçlarını kəsərək "sacımın tek teline dokunma" başlığı ilə fotolarını paylaşıblar.
Səhiyyə İşçilərinin Hüquqları və Mübarizə Dərnəyi də tibb bacılarnın etirazını dəstəkləyib.
Dərnək işçilərin saçını kəsdiyi fotonu paylaşaraq Səhiyyə naziri Fahrettin Kocaya bu çağırışı edib:
"Silivri dövlət xəstəxanasında işləyən bir əməkdaşımız xəstə yaxınları tərəfindən zorakılığa məruz qalıb. Bu insanlıqdan kənar olanlar o qədər qəddarlaşıblar ki, dostumuzun saçını yolurdular. Hörmətli nazir, bizi eşidirsən, görürsən? Fahrettin Koca, bu tibb bacısı sizin kadrınızdır! Ailə və ya Sənaye Nazirliyindən deyil!"
Aysel Şirinova

