Türkiyənin məşhur aktyorlarından biri Anıl Altanın izləyicisinin şərhinə verdiyi cavab gündəm yaradıb.
32gun.az xəbər verir ki, aktyor şəxsi instagram hesablarında əkiz qızları ilə olan əyləncəli videosunu paylaşıb. İzləyicilərdən biri sözügedən videoya "İlk diqqətimi çəkən böyük qızınız oldu. Sanki bir az diqqətdən kənarda qalıb",- deyə şərh yazıb.
İzləyicinin fikirlərinə qəzəblənən aktyor "Bəli, qəsdən edirik, axşamlar başqa otağa bağlayırıq, çiy ət, iki gün ara ilə su veririk",- deyib.
Aktyorun bu cavabına xeyli sayda bəyənmə gəlib.
Aysel Şirinova

