10-u FETÖ üzvü olan 16 nəfər Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edərkən yaxalanıb.
32gun.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
"Sərhədlərimizin təhlükəsizliyi üçün qəhrəmanlıq borcunu yerinə yetirən sərhəd qartallarımız, ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 16 nəfəri yaxalayıb. İstintaqdan sonra onlardan 10-nun FETÖ terror təşkilatının üzvü olduğu məlum olub" - məlumatda qeyd edilib.
Aysel Şirinova