Dubaydan Sinqapura yola düşən 354 nömrəli BƏƏ sərnişin təyyarəsinin Malayziyaya məcburi eniş etdiyi bildirilib.
32gun.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Açıqlamada nazirliyin hava yolu şirkəti vasitəsilə təyyarədəki israilli sərnişinlərlə əlaqə saxlamağa çalışdığı, əlverişsiz hava şəraiti səbəbindən təyyarənin eniş etməli olduğu bildirilib. Qeyd olunub ki, təyyarə Malayziyada olarkən sərnişinlərdən təyyarədən enmələri tələb olunmayıb. Təyyarə təxminən 5 saatdan sonra uçuş-enmə zolağından çıxaraq yenidən havaya qalxıb.
Aysel Şirinova