Türkiyənin İstanbul şəhərinin bir çox ərazilərində güclü yağışların səbəb olduğu sel insanlara çətin anlar yaşadıb.
32gun.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata əsasən selin hakim olduğu Başakşehirdə su altında qalan çarəsiz vətəndaşlardan bəzilərinin "Kəlimeyi-Şəhadət" dedikləri görünüb.
Qeyd edək ki, təbii fəlakət nəticəsində 5 nəfər ölüb, çox sayda insan xəsarət alıb.
Aysel Şirinova