DÜNYA ÖZ XƏBƏR

Daşqından ölənlərin sayı ARTIB

Bolqarıstanın Qara dəniz sahilində yerləşən Burqasda leysan yağışların yaratdığı daşqında həyatını itirənlərin sayı 4-ə yüksəlib.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qara dəniz sahil bölgəsində nadir hallarda müşahidə edilən fəlakətlərin Bolqarıstanda iqlim dəyişikliyi və infrastrukturun qeyri-kafi olması səbəbindən getdikcə daha çox yayıldığı bildirilib.

Təbii fəlakət səbəbilə çaylar daşıb, körpülərə və yollara ciddi ziyan dəyib. Burqasda bəzi yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Ölkə rəsmiləri Bolqarıstanın Qara dəniz sahillərinin cənubunda 4 minə yaxın insanın daşqın fəlakətindən zərər çəkdiyi barədə açıqlama verib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər