DÜNYA ÖZ XƏBƏR

İngiltərə bu ölkə ilə hərbi təlimlərə başlayıb

Livan və Böyük Britaniya Livanın daxili bölgələrində birgə hərbi təlimə başlayıb.

32gun.az xəbər verir ki, İngiltərənin Livandakı səfirliyindən verilən yazılı açıqlamaya görə, İngiltərə Ordusunun İkinci Batalyonunun 65-dən çox hərbi qulluqçusu Livanın Hava Hücum Alayındakı həmkarları ilə birlikdə təlimə qatılıb. Bəyanatda Livan əsgərlərinin dəqiq sayı göstərilməyib.

Bildirilib ki, təlim 2 ölkənin əsgərlərinə silah nəzarəti, uzaq məsafədən atış, aşkarlama və yaxın döyüş kimi mövzularda taktiki bacarıqlar öyrətməyə imkan verəcək.

 10 günlük təlim Beyrutun 36 kilometr şimalında yerləşən Qusta bələdiyyəsinin Dani Harb kazarmasında keçirildiyi deyilib.

Aysel Şirinova

Oxşar Xəbərlər