Kiprda itkin düşən rusiyalı biznesmen, “Uralqali” ASC-nin keçmiş baş direktoru Vladislav Baumgertnerin Rumıniya vətəndaşlığına malik olduğu üzə çıxıb.
32gun.az bildirir ki, RIA Novosti Kipr hakimiyyət orqanlarının rəsmi sənədlərinə istinadən xəbər verib. Bildirilir ki, 1972-ci ildə anadan olan Baumgertner Rumıniya pasportu daşıyıcısıdır.
Yanvarın 11-də Kipr hakimiyyətinin yanvarın 7-dən etibarən ölkədə müəmmalı şəkildə yoxa çıxan Vladislav Baumgertnerin axtarışlarını apardığı bildirilib. Biznesmen Limassoldakı yaşayış ünvanından itib.
Yerli KİV-in məlumatına görə, axtarışlara mülki müdafiə bölmələri, helikopter və pilotsuz uçuş aparatları cəlb olunub. Qeyd edilir ki, itkin düşən şəxsin mobil telefonundan son siqnal Pissuri kəndi ərazisində qeydə alınıb və həmin ərazi hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.
Ayay