SOSIAL ÖZ XƏBƏR

Elşad Vəliyevin 121 min AZN-lik şirkəti yenidən məhkəməlik oldu

"YEVLAX-QİDA" MMC  yenidən məhkəməyə verilib.

32gun.az-ın məlumatına görə, şirkətlə bağlı İqtisadiyyat Nazirliyi yanında 11 saylı Ərazi Vergilər Baş İdarəsi növbəti dəfə  Şəki İnzibati Məhkəməsinə müraciət edib. 

Məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrədir. 

Bildirək ki, nizamnamə kapitalı 121264.02  AZN olan "YEVLAX-QİDA" MMC-nin qanuni təmsilçi ELŞAD VƏLİYEV ŞAHLAR OĞLUdur. Şirkət 30.06.2000-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Əldə etdiyimiz məlumata görə, hazırda vergi borcu "YEVLAX-QİDA" MMC-nin 7068.37 AZN-dir. 

Qeyd edək ki, Vəliyev Elşad Şahlar oğlu İctimai-siyasi və humanitar məsələlər şöbəsinin başməsləhəçisi olub. 

Xatırladaq ki, "YEVLAX-QİDA" MMC avqust ayında da eyni prolemlə məhkəməyə verilmişdi. 

Oxşar Xəbərlər