DÜNYA ÖZ XƏBƏR

Özbəkistan Azərbaycana dəstək paylaşımı etdi

Özbəkistan Senatı sədrinin birinci müavini Sadik Safayev Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzmini dəstəklədiklərini bildirib.

32gun.az xəbər verir ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən, xüsusən də ərazi bütövlüyü və ədalətin bərpa olunmasından məmnunluğunu ifadə edən müavin, “Biz Azərbaycanın bütün çətinliklərə baxmayaraq, öz ərazi bütövlüyünü bərpa etmək və qorumaq uğrunda apardığı haqlı mübarizəni dəstəkləyir, hökumətin və xalqın qətiyyətini alqışlayırıq", deyib.

Mən əminəm ki, Azərbaycan tezliklə Qarabağı dünyanın ən cənnət bölgələrindən birinə çevirəcək və Şuşa bu gözəlliklərdən zövq almaq üçün dünyanın hər yerindən gələn qonaqlarını qucaq açıb qarşılayacaq”,- Özbəkistan rəsmisi əlavə edib.

Aysel Şirinova

Oxşar Xəbərlər