Bursada itdikdən 6 gün sonra dostu Kadir Ilgız tərəfindənmeşədə 9 güllə ilə vurularaq öldürülmüş şəkildə tapılan 31 yaşlı Rəcəb Arı adlı şəxsin xəyanətin qurbanı olduğu üzə çıxıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qətldən sonra İlqız "WhatsApp"da Rəcəb Arının həyat yoldaı S.A.-ya mesaj göndərərək “Bunu "paketlədim". Bu daha səni narahat edə bilməz. Bir daha evə gələ bilməz. Ananın evinə get və orada qal” deyə yazıb.

S.A-nın telefon yazışmasında İlgizə "yaxşı oldu, supersən" deyə cavab yazdığı məlum olub.
Hadisə ilə bağlı məlumatda xatırladılır ki, Recep Arı fevralın 24-də həyat yoldaşı ilə mübahisə edərək ov tüfəngini götürərək evi tərk edib. Ondan bir daha xəbər ala bilməyən Arının ailəsi yük maşınına mindikdən sonra itkin düşmüş şəxs haqqında ərizə verib. Polis əməliyyat-axtarış tədbirlərinə başlayarkən, yaxınları Rəcəb Arının cəsədini martın 1-də evindən 6 kilometr aralıda, Burhaniye rayonundakı meşədə tapıblar.
Polislər Arının cibində 4 min 500 TL olduğunu, pul kisəsinə və mobil telefonunun üzərində olmadığını müəyyən edib.

Bursa Ədli Tibb Qurumunda aparılan yarılmada Rəcəb Arının başından və bədənindən 9 güllə ilə vurulduğu müəyyən edilib.
Hadisədən sonra İl Jandarma Komandanlığı Jandarma Cinayət Axtarış Qrupu (JASAT) Arının həyat yoldaşı S.A. və dostu Kadir İlqızı qətl şübhəlisi kimi saxlayıb. susmaq hüququndan istifadə edən şübhəlilərdən Kadir İlqızın bir müddət sonra cinayətini etiraf etdiyi bildirilib.
Bildirilib ki, S.A. ilə münasibətdə olduğunu bildirən Kadir İlqız hadisəni bundan xəbər tutan Rəcəb Arı ilə mübahisə zamanı törətdiyini deyib.
Ayxan