SOSIAL ÖZ XƏBƏR

"Biz 21-ci əsrə qədər necə sağ qala bilmişik?" - erməni jurnalist

 "Hərdən fikirləşirəm ki, biz 21-ci əsrə qədər necə sağ qala bilmişik? Ola bilsin ki, Tanrı bizi hələ də nadir bir nümunə kimi qoruyub saxlayır”

32gun.az xəbər verir ki, bu barədə erməni jurnalist Lilit Kostanyan öz Facebook səhifəsində paylaşım edib.

 Məlum olub ki, ermənilər hazırkı vəziyyətə görə özlərini günahlandırırlar:

“Əsrlər boyu bir problemi həll etməməyi o qədər sevmişik ki, o, fəlakətə çevrilib və oturub ağlayıb, qəmli mahnılar bəstələyib, inildəyib, faciələrimizdən biznes quraraq, bütün dünyanı günahlandırmışıq. Heç vaxt etiraf etməmişik ki, dünya ilə necə düzgün “dostluq” quracağımızı bilmirik. Biri ilə müttəfiq olacağıq, sonra onu tərk edib başqa birinə qaçacağıq, sonra da digərini tərk edəcəyik və beləcə davam edəcək. Heç bir halda etiraf etməyəcəyik ki, bu cür rəftarın günahkarı yalnız bizik", – Lilit Kostanyan yazır.

Aysel Şirinova

Oxşar Xəbərlər