SOSIAL
Əhalinin DİQQƏTİNƏ! Operativ Qərargah iki vacib məlumat yaydı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 674 yeni yoluxma faktı qeydə alınıb, 509 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən digər məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 887 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 678, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 158, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 051 nəfərdir.