HADİSƏ
Axşam saatlarında dəhşət: Ata öldü, ana və uşaqları yaralıdır (FOTO)
Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
75-BH-431 nömrəli avtomobillə 71-BB-012 nömrəli avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb, 1 nəfər isə ölüb.
İlkin məlumata görə, xəsarət alan ana və iki övladı - 1988-ci il təvəllüdlü Tarverdiyeva Münəvvər Məhərrəm qızı, 2013-cü il təvəllüdlü Süleymanov Abbas Azər oğlu və 2023-cü il təvəllüdlü Süleymanova Alisa Azər qızı müxtəlif bədən xəsarətləri alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdiriliblər. Ana və qızının vəziyyəti orta-ağır, oğlanın isə vəziyyəti ağırdır.
Ata - 1988-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Süleymanov Azər Abbas oğlu xəstəxanaya gətirilərkən yolda vəfat edib.