HADİSƏ

Nail Rəcəbovun əməlinə görə ölkə polisi hərəkətə keçdi

Bakı sakini şantaj olunub.

Daxili İşlər Nazirliyindən 32gun.az-a verilən məlumata görə, noyabrın 8-də paytaxt sakini polisə müraciət edərək naməlum şəxsin onun videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1170 manatını almasını bildirib. 

Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Qobustan rayon sakini Nail Rəcəbov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Oxşar Xəbərlər