HADİSƏ
Xəzər dənizində zəlzələ oldu
Dağıstanın Xəzər dənizi sahilində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
32gun.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə idarəsi məlumat yayıb.
Saat 19.08-də baş verən yeraltı təkanlar Kaspiysk şəhərində hiss edilib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.